Dərc edildi: Baxış sayı: 353
Fransada bütün istilik elektrik stansiyaları bağlanacaq
Fransa prezidenti Emmanuel Makron ölkədə bütün istilik elektrik stansiyalarının bağlanacağını deyib.
“Report” xəbər verir ki, prezident bununla da Fransanın dünyada bu tip stansiyalardan qurtulan ilk dövlət olacağını bildirib.
"Biz Fransadakı bütün istilik elektrik stansiyalarını bağlayacağıq. Biz bunu edəcək ilk ölkə olacağıq", - deyə Makron "Twitter"də yazıb.
Prezidentin sözlərinə görə, bu qərarın əsas üstünlüyü ekologiya sahəsində öhdəliklərə sadiqlik nümayiş etdirməkdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət