Slimfit
  1. DÜNYA

Fransada atılmış avtomobillər kolleksiyası tapıldı – "Lamborghini", "Porsche"...

Fransada atılmış avtomobillər kolleksiyası tapıldı – "Lamborghini", "Porsche"...
Sakura

Fransada 81 ədəd atılmış avtomobildən ibarət kolleksiya aşkar edilib

Fransada 81 ədəd atılmış avtomobildən ibarət kolleksiya aşkar edilib.

Trend-in məlumatına görə, kolleksiyaya "Lamborghini Miura P400" və "Jaguar E-Type" kimi nadir və bahalı idman avtomobilləri də daxildir.

Kolleksiyadakı avtomobillərin əksəriyyəti 1960-70-ci illərdə buraxılıb. Bununla belə, 1905-ci il Fransa istehsallı "Rolland-Pilain" markalı kabrioletə də rast gəlmək olar.

1968-ci il istehsallı "Lamborghini Miura P400" V12 3.9l orijinal mühərrikini saxlayıb, yürüşü isə 77 886 km-dir. İdman avtomobilinə 400-600 min avro qiymət qoymaq planlaşdırılır.

"Jaguar E-Type" kupesi isə yaxşı vəziyyətdə olmadığı üçün 10 dəfə ucuz olacaq.

Digər avtomobillərə misal olaraq nadir "Porsche 356" (1953-cü il), 1981-ci il istehsallı "Korvet", "Lancia Flaminia" və "Lincoln Continental", həmçinin adi "Citroën" (1930) furqonu və "Audi", "Volkswagen", "Peugeot", "Oldsmobile", "Alfa Romeo", "Renault", "Chrysler" və "Cadillac" kimi markaları göstərmək olar.

Yanvarın 20-də bütün maşınlar hərraca çıxarılıb. Hərracda kolleksiya ərazisində tapılan ehtiyat hissələri, o cümlədən mühərriklər, ötürücülər qutusu və təkərlər də təklif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR