Fransa, yoxsa Belçika - ekspert proqnozu
Futbol şərhçisi Rövşən Binnətli deyir ki, hansı komanda üstünlüyünü reallaşdırsa o, məqsədinə çatacaq
O, bildirib ki, soyuqqanlı oyunu və inamlı təsri bağışlamağına görə Fransa bir addım öndə görünür: “Sıralamada İngiltərəni ikinci yerə qoyurlar. Ancaq düşünürəm ki, bu adla bağlı olan üstünlükdür. Xorvatiya Rusiya ilə oyunda qələbəni penaltilərlə qazandığına görə, onun şansı bir az aşağı dəyərləndirilir. Belçika isə bu dördlüyün içərisində axırıncı sırada deyil. Mən bütün komandaların imkanlarını bərabər qiymətləndirirəm. Bu komandaların hər birinin üstünlüyü var. Ancaq hansı komanda üstünlüyünü reallaşdırsa o, məqsədinə çatacaq”.
Bu gün keçiriləcək Fransa-Belçika oyunu ilə DÇ-nin ilk finalçısı müəyyənləşəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət