Dərc edildi: Baxış sayı: 255
Fransa xarici işlər nazirinin Azərbaycana səfəri başlayır
Aprelin 26-da Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır.
"Report" xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.
Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.
Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini ehtiramla yad edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət