Fransa Ukraynaya göndərdiyi yardımın siyahısını açıqladı
Fransa Müdafiə Nazirliyi iki il ərzində Ukraynaya ölkə tərəfindən göstərilən hərbi yardımın tam siyahısını açıqlayıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
2022-ci il fevralın 24-dən 2023-cü il dekabrın 31-nə olan məlumata görə, Fransa Ukraynaya hərbi yardım üçün 2,615 milyard avro vəsait xərcləyib. Eyni zamanda, Fransa Ukraynaya yardımla bağlı “Avropa sülh fondu”na 1,2 milyard avro ayırıb və bununla da, xərclərin ümumi dəyəri 3,8 milyard avronu ötüb.
50 maddədən ibarət olan siyahıya müxtəlif silah və pilotsuz uçuş aparatı növləri, eləcə də rabitə vasitələri daxildir. Fransa bu müddət ərzində Ukraynanı əsas olaraq, 30 ədəd “CAESAR” haubitsası, 38 ədəd “AMX10 RC” tankı, 1002 ədəd “AT4” tank əleyhinə qumbaraatan, 250 zirehli texnika, 160 kəşfiyyat dronu ilə təmin edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət