Slimfit
  1. MƏDƏNİYYƏT

Fransa tarixində ən çox ziyarət edilən sərgi

Fransa tarixində ən çox ziyarət edilən sərgi
Sakura

Fransa tarixində ən çox ziyarət edilən sərgi

Parisdə Misir fironu Tutanhamonun xəzinəsinin nümayiş etdirildiyi sərgiyə gələnlərin sayı rekordlar vurur. SİA xəbər verir ki, "Le Parisien" qəzetinin yazdığına görə, sərginin bağlanmasına iki həftədən bir qədər artıq vaxt qalmasına baxmayaraq, onu artıq 1,37 milyon adam ziyarət edib.

Bu da Fransanın bütün tarixi ərzində ən böyük göstəricidir. Sərgi martın 23-də Parisin La-Vilett parkındakı Qrandal (Grande Halle) mərkəzində açılıb. Ekspozisiyada eramızdan əvvəl 1332-1323-cü illərdə firon olmuş Tutanhamonun sərdabasından 150-dən çox artefakt, o cümlədən zinət əşyaları, heykəllər, mərasim əşyaları nümayiş etdirilir. Bu əşyaların üçdəbir hissəsi Misirin hüdudlarından kənarda ilk dəfə sərgilənir. Luksor yaxınlığındakı "Padşahlar vadisi"ndə yerləşən Tutanhamon sərdabası 1922-ci ildə britaniyalı arxeoloq və misirşünas Hovard Karter tərəfindən aşkar edilib.

Ziyarətçilərin axını azalmadığına görə ekspozisiyanın iş vaxtı artırılıb. Son üç həftə ərzində Qrandal hər gün öz qapılarını səhər saat 8:30-dan ziyarətçilərin üzünə açır. Təşkilatçılar iyun ayında sərgini bir həftə müddətinə - sentyabrın 22-nə qədər uzadıblar. Əvvəlki rekord 1967-ci ildə müəyyən olunub. Onda Parisdəki Kiçik saray dörd ay ərzində "Tutanhamon və onun zamanı" adlı sərginin eksponatlarını canlı görmək istəyən 1,24 milyon ziyarətçi qəbul edib. 45 eksponatdan ibarət ekspozisiya o dövrdə Fransada "əsrin sərgisi" adlandırılıb.

Qəzet xatırladır ki, o vaxtdan yalnız 2017-ci ildə təşkil edilmiş "Müasir incəsənətin ikonaları" ekspozisiyası 1 milyondan çox ziyarətçi toplayıb. 2018-ci ildə sərgini Los-Anceles qəbul edib. "Böyük səyahət" çərçivəsində bu artefaktlar on meqapolisdə nümayiş etdiriləcək. Onların tam siyahısı açıqlanmır. Lakin məlumdur ki, növbəti təyinat nöqtəsi London olacaq.

Yeni Padşahlığın XVIII sülaləsinin fironu Tutanhamon doqquz yaşında hakimiyyətə gəlib. O, Misiri təqribən 10 il idarə edib və 20 yaşına çatmamış vəfat edib. Onun ölümünün səbəbləri indiyədək müəyyən olunmayıb və misirşünas alimlər üçün hələ də müəmma olaraq qalır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR