Slimfit
  1. AZƏRBAYCAN

Fransa şirkəti bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal edəcək

Fransa şirkəti bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal edəcək
Sakura

Fransa şirkəti bu il Azərbaycan üçün iki yük lokomotivi istehsal edəcək

 Fransanın "Alstom" şirkəti bu il Qazaxıstanda 4 yük lokomotivi yığacaq. Onlardan ikisi Azərbaycan üçün nəzərdə tutulub.

Report” "Abctv.kz"ya istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında qeyd olunur.

"Astana elektrovoz zavodu bu il dörd "Prima T8" tipli yük elektrovozu buraxmağı planlaşdırır. Onlardan iki "KZ8A" Qazaxıstan, iki "AZ8A" isə Azərbaycan üçün nəzərdə tutulub", - deyə sayt şirkətin icraçı direktoru Bernard Pelleyə istinadən məlumat yayıb.

Hazırda "Alstom" yığım istehsalında 50 faizlik mövcud paketinə əlavə olaraq zavodda daha 25 faiz payın əldə olunması işini yekunlaşdırmaq üzrədir.

Bundan əvvəl "Alstom" şirkətinin Qazaxıstanda istehsal etdiyi ilk yükdaşıyan lokomotivi Azərbaycana satacağı xəbər verilmişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR