Slimfit
  1. DÜNYA

Fransa Senatının sədri: Fransızlar düşünürlər ki, onlara həqiqət deyilməyib

Fransa Senatının sədri: Fransızlar düşünürlər ki, onlara həqiqət deyilməyib
Sakura

Fransa Senatının sədri: Fransızlar düşünürlər ki, onlara həqiqət deyilməyib

Fransızlar düşünürlər ki, onlara həqiqət deyilməyib. Fransızlara “maska taxmaq mənasızdır” demək olmazdı. Onlara kütləvi test aparmağın vacib olmadığı düzgün çatdırlmadı. Etiraf edək ki, başqasını günahlandırmaq asandır, ancaq qorxuram dövlətin, eləcə də elm nümayəndələrinin çıxışları cəmiyyətin onlara etimadsızlığını bir az da artırmış olsun.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Fransa Senatının sədri Jerar Larşe söyləyib. Ölkədə sanitar böhranın qanunla müqayisədə nisbi və hətta bəzən nöqsanla idarə olunduğunu deyən Larşe hökumət nümayəndələrinə ardı-arası kəsilməyən və ziddiyyətli çıxışlarına görə irad tutub.

Senatın sədri ölkə prezidentinə təcridolma rejimindən çıxmaqla bağlı mayın 5-dək ümumi debat aparılmasının vacibliyini çatdırıb. Karantin rejimindən çıxmaqla bağlı J. Larşe üç tələbin əsas olduğunu qeyd edib: mütərəqqilik, ərazilik və reaktivlik. Bildirib ki, indiki rejimdən çıxmaqla bağlı yalnız fərqli cavablar olmalıdır. Əgər bütün ölkə üçün eyni strategiya olarsa, uğursuzluq riski daha böyük olacaq.

J. Larşeyə görə təcridolma rejimindən çıxma regionlarda idarə edilməlidir. Prefektlərə bütün dövlət xidmətlərini həyata keçirməklə bağlı səlahiyyət verilməlidir. Regionlarsız iqtisadiyyatı dirçəltmək, nəqliyyat və liseyləri idarə etmək çətindir.

COVID-19 xəstələrinin izlənməsinə gəldikdə isə J. Larşe deyib:” Prqamatikdir. Niyə də yox? Ancaq əgər nə maskamız, nə də testlərimiz yoxdursa, izlənmə COVID-19 virusundan müdafiə edə bilməz”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR