Dərc edildi: Baxış sayı: 413
Fransa parlamentində Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi ilə bağlı tədbir…
Fransa Milli Assambleyasında (parlament) Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilən seminar keçiriləcək.
"Report"un Fransa bürosunun xəbərinə görə, tədbir iyunun 7-də Fransa-Azərbaycan dostluq qrupunun təşkilatçılığı ilə baş tutacaq.
"Qadın hüquqları, Azərbaycandan nümunə, qərblə şərqin qovşağında" adlı seminarı qurumun rəhbəri Pyer Alən Rafan aparacaq.
Tədbirdə Fransa Milli Assambleyasının deputatları və digər şəxslər iştirak edəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət