Slimfit
  1. DÜNYA

Fransa İnterpol rəhbərinin itkin düşməsi ilə bağlı vəziyyətdən narahatdır

Fransa İnterpol rəhbərinin itkin düşməsi ilə bağlı vəziyyətdən narahatdır
Sakura

Fransa İnterpol rəhbərinin itkin düşməsi ilə bağlı vəziyyətdən narahatdır

Fransa İnterpolun rəhbəri Men Hunveyin Çində itkin düşməsi və onun həyat yoldaşının təhdid olunması ilə bağlı vəziyyətdən narahatdır.

“Report” xəbər verir ki, yerli KİV bu bəyanatı Fransa Daxili İşlər Nazirliyinə istinadən yayıb.

"Fransa İnterpolun rəhbəri ilə bağlı vəziyyəti diqqətlə izləyir və onun həyat yoldaşının aldığı təhdidlərdən narahatdır", - deyə bəyanatda bildirilir.

Ötən gün İnterpol rəhbərinin həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək Men Hunveyin Çində yoxa çıxdığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı ilə sentyabrın 29-da vətəninə məzuniyyətə getdiyi müddətdən əlaqə saxlamaq mümkün deyil. Qadın bir müddət əvvəl sosial şəbəkələr və telefon vasitəsi ilə təhdid olunduğunu da bildirib.v

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan bütün həyatı boyu orta hesabla 100.000km qət edir

Redaktor seçimi

SON XƏBƏRLƏR