Slimfit
  1. SİYASƏT

Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi

Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi
Sakura

Fransa Bakının çoxdan gözlədiyi qərarı verdi

Rəqəmlər Azərbaycanın Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşına çevrildiyini göstərir.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Fransanın İqtisadiyyat və Maliyyə naziri Bruno Le Merin Bakıda Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Maliyyə naziri Samir Şərifovla görüşündəki vacib məqamlara diqqət çəkilib:

“Fransa ilə Azərbaycan arasında siyasi təmaslar üst səviyyədədir, iqtisadi əlaqələr və ticarət həcmi də artır. Fransalı nazirin sözlərinə görə, Azərbaycan Fransa üçün həmişə mühüm iqtisadi tərəfdaş olub və Paris buna daim böyük önəm verib. Le Mer Fransanın Azərbaycanla iqtisadi və maliyyə sahələri üzrə əməkdaşlığı yeni mərhələyə keçirmək istədiyini bildirib.

Əlbəttə, bu deyilənlər vacibdir. Ancaq fransalı nazirin Bakıda işlətdiyi ən önəmli cümlə Parisin Bakı ilə müdafiə sənayesi sahəsində əməkdaşlıqda maraqlı olması ilə bağlıdır”.

Mərkəzin təhlilində Fransada güclü erməni lobbisinin olmasına baxmayaraq, rəsmi Parisin Azərbaycanla hərbi əməkdaşlığa başlamaq barədə qərar verdiyi qeyd edilib:

“Rəsmi Bakı bu qərarın verilməsini çoxdan gözləyir. Azərbaycan Fransadan həm hərbi texnika almaqda, həm də Fransa ilə birgə hərbi texnikanın istehsalında maraqlıdır. Təsadüfi deyil ki, keçən ilin sentyabrında Bakıda keçirilmiş ADEX-2018 Beynəlxalq Müdafiə Sərgisində ilk dəfə Fransa iki şirkətlə təmsil olunmuşdu. Həmin iki şirkət Azərbaycanla müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyə maraq göstərirdilər. Bunun davamı olaraq bu ilin iyununda Parisdə keçirilən “Paris Air Show-2019" sərgisində Azərbaycan da təmsil olunmuşdu. Bu sərgi çərçivəsində də hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdu.

Beləliklə, Fransa Azərbaycanla hərbi əməkdaşlığa başlamaq istəyir. Azərbaycan bu əməkdaşlığa milyardlarla dollar maliyyə xərcləməyə hazırdır. Azərbaycan bu il Rusiyadan hərbi texnika almayıb. Azərbaycan yeni və modern hərbi texnikanı Fransa və digər bu kimi ölkələrdən almaq istəyir”.

Analizdə Fransanın sözügedən qərarının ermənilər tərəfindən narazılıqla qarşılanacağı bildirilib:

“Əlbəttə, Fransa Azərbaycana hərbi texnika satarsa və birgə hərbi istehsala başlayarsa, rəsmi İrəvan və Fransadakı erməni lobbisi buna etiraz edəcək, müxtəlif petisiyalar hazırlanacaq. Ancaq rəsmi Paris əgər Azərbaycanla hərbi əməkdaşlığa qərar veribsə və bunun üçün nazirini Bakıya göndəribsə, deməli, əvvəlcədən neqativ reaksiyaların olacağını və bunlara veriləcək cavabları da müəyyənləşdirib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR