Slimfit
  1. DÜNYA

Frankfurtda türk sərnişinlərə hücum olundu

Frankfurtda türk sərnişinlərə hücum olundu
Sakura

Frankfurtda türk sərnişinlərə hücum olundu

Almaniyanın Frankfurt hava limanında PKK/YPG terror təşkilatlarının tərəfdarları türk sərnişinlərə hücum ediblər.

Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, Çemnits şəhərində isə tərəfdarlar Xristian Demokratlar Birliyinin (XDB) binasını zəbt ediblər. Onlar terroru dəstəkləyən şüarlar səsləndirərək Türkiyənin Suriyanın şimalındakı hərbi əməliyyatlarını tənqid ediblər.

Avropa Parlamentinin keçmiş millət vəkili Ozan Ceyhun Frankfurtda baş verənlərlə bağlı sosial şəbəkədə yazaraq polisləri tənqid edib. “Polis sadəcə seyr edirdi. Terroru təbliğ etmək nə vaxtdan sərbəstdir?”, - deyə Ceyhun yazıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları terroru dəstəkləyənləri 3 saat sonra ərazidən uzaqlaşdıra biliblər.


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR