“Fox News”: ABŞ-da dəbdəbəli şəxsi bunkerlərə tələbat artır
Böyük silahlı münaqişələr, yeni pandemiyalar və ya nüvə fəlakəti qorxusu ilə ABŞ vətəndaşları getdikcə daha çox şəxsi bunkerlər alırlar.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə “Fox News” bunker inşası ilə məşğul olan “Atlas Survival Shelters” şirkətinin direktoru Ron Habbarda istinadən xəbər verib.
"Biznes inkişaf edir. Biz hər yerdə bunkerlər tikirik və onların qiyməti 20 min dollardan 1 milyon dollara qədərdir. Müştərilərimiz varlı insanlar olduğu üçün bunkerlərimizin çoxunun qiyməti təxminən yarım milyon dollardır", - deyə o bildirib.
O həmçinin amerikalıların az qala yarısının vətəndaş müharibəsindən qorxduğunu qeyd edib.
Hubbard gündə ən azı bir bunker satdığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət