Slimfit
  1. MEDİA

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və idmançıları  yeni uğurlar qazanmaqda davam edir
Sakura

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və idmançıları yeni uğurlar qazanmaqda davam edir

19 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində Nazirliyin yarışlarda uğur qazanmış əməkdaşları və idmançıları ilə görüş keçirilib. Görüşdə Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni Toğrul Mikayılovu, İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənlini və FHN-in taekvando komandasının idmançısı Tamerlan Yaqubovu əldə etdikləri nailiyyətlərə görə təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.

        Qeyd edək ki, 07-08 dekabr 2019-cu il tarixlərində Almaniyanın Zindelfinger şəhərində uşaq taekvondoçular arasında Avropa birinciliyi keçirilib. 32 ölkədən 500-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin idmançısı Mərkəzin əməkdaşı gizir Elvin Məmmədovun rəhbərliyi altında yüksək nəticə göstərib.

        Fövqəladə Hallar Nazirliyinin taekvandoçusu Tamerlan Yaqubov 29 kq çəki dərəcəsində 4 döyüş keçirərək turnirin gümüş medalına layiq görülüb.

        10-13 dekabr 2019-cu il tarixlərində Ukraynanın Xarkov şəhərində Sanda döyüş növləri üzrə Dünya çempionatı keçirilib. Turnirdə 45 ölkədən 1000-dən çox idmançı iştirak edib.  Yarışda                                 FHN-in əməkdaşları Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürəni çavuş Toğrul Mikayılov 65 kq çəki dərəcəsində və Xüsusi Riskli Xilasetmə Xİdmətinin N saylı hərbi hissəsinin baş sürücüsü gizir Təbriz Qasımov 75 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək kürsünün ən yüksək pilləsinə qalxıblar. Bununla da, Toğrul Mikayılov 5 qat dünya çempionu adını qazanıb. 

       13 dekabr 2019-cu il tarixində Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qol Güləşi Federasiyasının təşkilatçılığı ilə qol güləşi idman növü üzrə “Respublika Kuboku” açıq birinciliyi keçirilib. Yarışda 40 komandadan 140-dən çox idmançı mübarizəyə qoşulub. Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzinin əməkdaşı baş-leytenant Rəşad Kəsəmənli bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. İmdançımız Azərbaycan Qol Güləşi Federasiyasının diplom və medalı ilə təltif olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR