Slimfit
  1. MARAQLI

Fotolara düşən ilk dönər, Övliya Çələbinin xatirəsi

Fotolara düşən ilk dönər, Övliya Çələbinin xatirəsi
Sakura

Fotolara düşən ilk dönər, Övliya Çələbinin xatirəsi

Əksəriyyətimiz gündəlik qida rasionumuzda dönərdən istifadə edirik. Bu qidanın özünəməxsus dadı bir çox istehlakçıları cəlb edir. Bəs ilk dönər nə zaman hazırlanıb?

Oxu.Az xəbər verir ki, dönərin ilk hazırlanma dövrü ilə bağlı dəqiq məlumat yoxdur.

Bəzi mənbələrə görə, dönər ilk dəfə kastamonulu aşpaz Hamdi Usta tərəfindən hazırlanıb.  

Mənbələrə əsasən, Hamdi Ustanın tələbələri Şükrü Gülsunar ve Raif Gülsunar isə dönəri təbliğ edən ustalar kimi tanınıblar.

Övliya Çələbi isə “Səyahətnamə”sində Krım haqqında təəssüratlarını yazarkən qeyd edir:

“Qış gecələrində Krım vilayətində söhbətlər edib müxtəlif halvalar, yeməklər yeyilir və çeşid-çeşid şərablar içilirdi. Hətta həmin gecələrdə kökəlmiş quzunu qurban kəsirdilər və onu dilim-dilim doğrayıb, həmin əti ortası qalın, ucları isə nazik olan şişə çəkirdilər. Sonra araba təkərlərini söküb gətirib həmin ətin altında alışdırırdılar.

Onlar bu cür dadlı, yumşaq kabab bişirirdilər. Yer üzündə başqa yerdə belə kabab bişirilməsi ehtimalı yoxdur. Tatarlar arasında araba təkəri ilə kabab bişirmək şərtdir”.

Bununla belə, dönərin ilk fotosunun İstanbulda çəkildiyi bildirilir. Belə ki, ilk dönərçi fotosu 1855-ci ildə Ceyms Robertson tərəfindən çəkilib.

Fotoda görünür ki, dönər masasının üstündə quzu əti parçaları, masanın digər tərəfində isə şişə çəkilmiş və kömürlə bişən ət var.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR