Slimfit
  1. İDMAN

Formula 2 pilotu “Haas”ın sınaq yürüşlərində iştirak edəcək

Formula 2 pilotu “Haas”ın sınaq yürüşlərində iştirak edəcək
Sakura

Formula 2 pilotu “Haas”ın sınaq yürüşlərində iştirak edəcək

İsveçrəli pilot Lui Deletraz “Haas” komandasının noyabrın 28-də Əbu-Dabidə keçiriləcək sınaq yürüşlərində iştirak edəcək. SİA-nın məlumatına görə, isveçrəli pilot karyerasında ilk dəfə olaraq Formula 1 bolidinin sükanı arxasına keçəcək. 21 yaşlı cenevrəli sınaqların ikinci günündə trasa çıxacaq. Sınaq yürüşlərinin məqsədi “Pirelli” şirkətinin istehsal etdiyi şinlərin keyfiyyətini yoxlamaqdır.

Deletraz “Charouz Racing System” komandasında çıxış edən Formula 2 pilotudur. O, bu mövsümdə artıq iki dəfə podiuma qalxmağa müvəffəq olub.

“Haas” komandasının mətbuat xidmətinin məlumatında isveçrəli pilotun sözləri sitat gətirilib: “Əbu-Dabidə Formula 1 sınaqlarında debütümü səbirsizliklə gözləyirəm. Mənə verilən imkana görə komandanın rəhbərliyinə minnətdaram. Cari mövsümün sonu əla oldu və mən buna sevinirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR