Slimfit
  1. İDMAN

“Formula-1”in 2020-ci il mövsümü təsdiqləndi: Yarış Bakıda nə vaxt keçiriləcək?

“Formula-1”in 2020-ci il mövsümü təsdiqləndi: Yarış Bakıda nə vaxt keçiriləcək?
Sakura

“Formula-1”in 2020-ci il mövsümü təsdiqləndi: Yarış Bakıda nə vaxt keçiriləcək?

“Formula-1”in yeni mövsümünün təqvimi rəsmi şəkildə açıqlanıb.

FIA-nın saytı xəbər verir ki, Almaniyanın Köln şəhərində baş tutan Dünya Motor Şurasında təqvim təsdiqlənib.

Beləliklə, yeni mövsüm martın 15-də Avstraliyanın Melburn şəhərində start veriləcək. Mövsümün səkkizinci Qran-Prisi Bakıda gerçəkləşəcək. Bu, iyunun 5-7-də olacaq. Mövsümə noyabrın 29-da BƏƏ-nin paytaxtı Əbu Dabidə keçiriləcək Qran-Pri ilə yekun vurulacaq.

Yeni mövsümə iki Qran-Pri əlavə olunaraq say 22-yə çatdırılıb. Bunlar Vyetnam və əvvəllər olmuş Niderland Qran-Prisidir. Bu Qran-Prilər müvafiq olaraq aprelin 5-də Hanoy və mayın 3-də Zantfoortda keçiriləcək.

Həmçinin, F1 mövsümün əvvəlində iki üçgünlük test yürüşlərinin olmasını təsdiqləyib. Hər iki test yürüşü İspaniyanın Barselona şəhərində keçiriləcək. Bunlar 19-21 və 26-28 fevralda baş tutacaq. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR