Slimfit
  1. İDMAN

"Formula 1" koronavirus testlərinin nəticələrini açıqladı

"Formula 1" koronavirus testlərinin nəticələrini açıqladı
Sakura

"Formula 1" koronavirus testlərinin nəticələrini açıqladı

Beynəlxalq Avtomobil Federasiyası (FİA) və "Formula 1" koronavirus testlərinin nəticələrini açıqlayıb. 

Ens.az "Report" -a istinadən xəbər verir ki, 26 iyun - 2 iyulda 4032 şəxs testdən keçib. Onlardan heç birinin nəticəsi müsbət olmayıb. 

Qeyd edək ki, "Formula 1"də yeni mövsüm Avstriya Qran-prisi ilə bərpa olunub. Buradakı yarış iyulun 5-də başa çatacaq. 

"Formula 1"də ilk 8 Qran-prinin təqvimi məlumdur. Avstriyadan sonra Macarıstan (17 - 19 iyul), Böyük Britaniya (31 iyul - 2 avqust, 7 - 9 avqust), İspaniya (14 - 16 avqust), Belçika (28 - 30 avqust), İtaliya (4 - 6 sentyabr) Qran-priləri baş tutacaq. Bütün yarışlar azarkeşsiz keçiriləcək.

İndiyədək Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-priləri təxirə salınıb, Avstraliya, Monako, Niderland, Fransa, Azərbaycan, Sinqapur və Yaponiya mərhələləri isə ləğv olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR