Slimfit
  1. İDMAN

"Formula 1" çempionu Avstraliyadakı yanğınlarla mübarizəyə yardım göstərəcək

"Formula 1" çempionu Avstraliyadakı yanğınlarla mübarizəyə yardım göstərəcək
Sakura

"Formula 1" çempionu Avstraliyadakı yanğınlarla mübarizəyə yardım göstərəcək

"Formula 1" avtomobillər yarışı üzrə dünya çempionatında çıxış edən "Mersedes"in britaniyalı yarışçısı Lyuis Hemilton Avstraliyadakı meşə yanğınlarına qarşı mübarizə üçün 500 min dollar məbləğində yardım edəcək.

İnterAz-ın məlumatına görə, bu barədə idmançı öz "Twitter" səhifəsində bildirib.

L.Hemilton bildirib: "Avstraliyada baş verən yanğınlara görə dağıntılar və ölkə sakinlərinin, eləcə də faunanın nümayəndələrinin üzləşdikləri çətinliklər ürəyimi sındırır. Heyvanları qorumaq, bu sahədəki işçilərə və yanğınsöndürənlərə dəstək olmaq üçün tədbirləri maliyyələşdirmək məqsədilə 500 min dollar bağışlamaq niyyətindəyəm".

Qeyd edək ki, L.Hemilton altı qat dünya çempionudur (2008, 2014, 2015, 2017, 2018, 2019).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR