Slimfit
  1. İDMAN

“Formula-1” başqa çempionatla birləşdirilə bilər

“Formula-1” başqa çempionatla birləşdirilə bilər
Sakura

Gələcəkdə “Formula-1” və “Formula-E” çempionatları vahid seriyada birləşə bilər

Gələcəkdə “Formula-1” və “Formula-E” çempionatları vahid seriyada birləşə bilər.

Oxu.Az xəbər verir ki, bunu 2016-cı ilin “Formula-1” çempionu Niko Rosberq bildirib: 

“Ola bilər ki, bu iki çempionat birləşəcəyi üçün biz “Formula-E” yarışlarının “Formula-1”dən məşhur olacağını görməyək. “Formula-1”in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə, hər iki seriyanın birləşməsi baş verəcək.

“Formula-1” üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda “Formula-1” üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var. Bu, Con Maloundur”.

Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə “Formula-1”də çempion olduqdan sonra karyerasını başa vurub. O, bundan sonra “Formula-E” çempionatına investisiya qoymağa başlayıb. Hazırda sözügedən çempionatın maliyyə dəyəri 750 milyon avrodur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR