Slimfit
  1. İDMAN

'Formula 1': Bakıda mətbuat konfransında iştirak edəcək pilotlar açıqlanıb

'Formula 1': Bakıda mətbuat konfransında iştirak edəcək pilotlar açıqlanıb
Sakura

'Formula 1': Bakıda mətbuat konfransında iştirak edəcək pilotlar açıqlanıb

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi çərçivəsində mətbuat konfranslarında iştirak edəcək pilotlar açıqlanıb.

Report” yarışın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 25-də saat 17:00-da başlayacaq tədbirə Antonio Covinatsi (“Alfa Romeo”), Kevin Maqnussen (“Haas”), Lens Stroll (“Rasing Point”), Niko Hülkenberq (“Renault”) və Corc Rassell (“Williams”) qatılacaq.

Aprelin 26-da saat 15:00-da start götürəcək konfransda isə komanda rəhbərləri iştirak edəcəklər. Bunlar Toto Volf (“Mercedes”), Otmar Zafnauer (“Rasing Point”), Kristian Horner (“Red Bull”), Siril Abitebul (Renault) və Kler Uilyamsdır (“Williams”).

Qeyd edək ki, SOCAR Azərbaycan Qran-prisi 26 – 28 apreldə keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR