Slimfit
  1. MARAQLI

Forbes jurnalı ən çox ödənilən televiziya aktyorlarının reytinqini dərc edib

Forbes jurnalı ən çox ödənilən televiziya aktyorlarının reytinqini dərc edib
Sakura

Forbes jurnalı ən çox ödənilən televiziya aktyorlarının reytinqini dərc edib

Forbes onluğuna “Böyük partlayış nəzəriyyəsi”, “Amerika ailəsi”, “Dəniz polisi” və “Yeriyən ölülər” teleseriallarından olan aktyorlar daxil olub.

Amerika jurnalı Forbes keçən il üçün ən çox ödənilən televiziya aktyorlarını açıqladı. Reytinqə məşhur “Böyük partlayış nəzəriyyəsi” serialında Şeldon Kuperi oynayan Cim Parsons rəhbərlik edir. 1 iyuna qədər 12 ay ərzində o 26,5 milyon dollar qazanıb. İkinci yerdə dostu Leonard Hosftederin rolunu oynayan Conni Qaleki (25 milyon) qərar tutub. Üçüncü və dördüncü yerləri 23,5 milyon qazanan Saymon Helberq və Kunal Niyyar bölüşdürüb.

Reytinqdə beşinci yeri 12 milyon dollarla “Dəniz polisi” (NCIS) serialından Mark Harmon  tutub.

6-cı yerdən 9-cu yerə qədər “Amerikan ailəsi” (Modern Family) serialının aktyorları tutub: Ed Onill, Erik Stiurstrit, Cessi Tayler Fergyunson və Tay Barrell. Onuncu yeri isə “Yeriyən ölülər” teleserialının aparıcı aktyoru Endryu Linkoln tutub. Bir ildə çəkilişdən 11 milyon dollar qazanıb. Jurnalın ekspertlərinin məlumatlarına əsasən, növbəti ildə bu reytinqə müqavilənin yenidən baxılmasına nail olmuş Norman Ridus düşə bilər.

Forbes siyahısından amerikalı aktyor Kevin Speysi çıxıb ki, təcavüz iddialarından sonra “Kartdan ev” (House of Cards) teleseriallarında çəkilişlər üzrə müqaviləyə xitam verilib.

 

Mənbə: Ntv.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR