Slimfit
  1. AZƏRBAYCAN

“Forbes” jurnalı Azərbaycanda turizm sənayesinin inkişafı haqda məqalə dərc edib

“Forbes” jurnalı Azərbaycanda turizm sənayesinin inkişafı haqda məqalə dərc edib
Sakura

“Forbes” jurnalı Azərbaycanda turizm sənayesinin inkişafı haqda məqalə dərc edib

“Forbes” jurnalında “Vaxtilə Entoni Burdenin bir daha oraya gəlməsini qadağan etmiş Azərbaycana 2018-ci ildə turların sayı 322 faiz artıb” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalənin müəllifi Brianna Uilson əvvəlcə Ermənistan-Azərbaycan münaqişəsi və beynəlxalq hüquq normaları ilə bağlı vəziyyəti təsvir edərək yazır: “Entoni Burdenin bir daha Azərbaycana gəlməsinə qadağa qoyulmasının səbəbi nədir? O, Dağlıq Qarabağa səfər etmişdi. Mən isə bunu etmədim”.

B.Uilson yazır ki, Dağlıq Qarabağ regionu Azərbaycanın tərkib hissəsidir, lakin o, Ermənistan tərəfindən mühasirəyə alınıb və işğal edilib. 1988-ci ildən bu regionda vəziyyət gərginləşib, Ermənistan ilə Azərbaycan arasında müharibə nəticəsində təqribən 25.000 insan həlak olub və nəticə etibarilə Ermənistan bu regionu işğal edib. İşğal altında olan regiona səfərlər nəticəsində Azərbaycanda “persona non-qrata” elan edilmiş 700 nəfərin siyahısı da var. Müəllif vurğulayır: “Buna görə əgər siz Azərbaycana səfər etmək istəyirsinizsə, Burdendən nümunə götürməyin”.

Bu gün turistlər üçün birdəfəlik elektron vizanın qiyməti 24 ABŞ dollarına bərabərdir (20 dollar elektron vizaya görə üstəgəl 4 dollar komisyon rüsum). Belə vizaları dövlətin veb-saytı vasitəsilə asanlıqla almaq olar. Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, keçən il Azərbaycana gələn turistlərin sayı əvvəlki illə müqayisədə 21 faiz artıb.

B.Uilson “Intrepid Travel” turizm şirkətinin xidmətlərindən istifadə edərək Gürcüstana və Azərbaycana 10 günlük səfər edib. Azərbaycanda o, Bakıda, Lahıcda və Şəkidə olub. Bakının çoxsaylı memarlıq və mədəniyyət abidələri xüsusilə yaddaqalan olub. Buraya memar Zaha Hadidin layihəsi əsasında ucaldılmış Heydər Əliyev Mərkəzi, məşhur “Alov qüllələri”, Azərbaycan Xalça Muzeyi, Qız qalası və Şirvanşahlar sarayı, İçərişəhərdə müasir şəhərlə ahəngdar sintez təşkil edən karvansara və hamamları aid etmək olar.

Bakının hüdudlarından kənarda yerləşən Lahıc kimi kiçik tarixi şəhərlərin küçələrində yerli sənətkarların əl işləri nümunələri, misdən hazırlanmış bəzək əşyaları, xalçalar və ədviyyat satılan kiçik mağazalar diqqəti cəlb edir. Şəki özünün ipək məmulatı və əl işi olan digər malları ilə məşhurdur.

Müəllif məqalənin sonunda yazır ki, Azərbaycandan qayıdandan sonra işğal altında olan Dağlıq Qarabağa səfər etmək istəmir, lakin qarşıdakı illərdə ölkənin necə inkişaf etdiyini görmək üçün bir də Azərbaycana qayıtmağa şad olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR