Slimfit
  1. MARAQLI

Forbes dünyanın ən yaxşı sahibkarlarını açıqladı

Forbes dünyanın ən yaxşı sahibkarlarını açıqladı
Sakura

Forbes dünyanın ən yaxşı sahibkarlarını açıqladı

Forbes dünyanın ən yaxşı sahibkarlarını açıqladı

İkinci ildir ki, Forbes versiyasına əsasən dünyanın ən yaxşı sahibkarları reytinqində ilk yeri Google şirkətinin ana şirkəti olan Alphabet tutub, orada 80 mindən çox əməkdaş çalışır.

Siyahıda ikinci yeri Microsoft (124 min əməkdaş), üçüncü yerdə ötən ildən öz mövqeyini saxlayan Apple qərar tutub. Keçən il üçüncü sıranı tutan Japan Exchange Group 12-ci yerə düşüb.

Ən yaxşı onluqda on yerdən altısını amerikan şirkətləri tutur. İlk onluğa Alphabet, Microsoft və Apple şirkətindən başqa, Walt Disney, Amazon və Celgene daxil olub. Həmçinin ilk onluğa iki alman (Daimler və BMW Group), bir tayvan (Kasikornbank) və bir honqkonq (CNOOC) şirkəti daxil olub.

Siyahıda ümumilikdə 500 şirkət var, onlardan 185-i amerika şirkətidir. Türkiyənin beş şirkəti – Koç Holdinq (94) , Sabancı Holdinq (220), Ford Otosan (384), Türkiyə Hava Yolları (441), İşbank (493), Rusiyanın da həmçinin beş şirkəti - Moscow Exchange (117), Surgutneftegas (167), United Aircraft (278), Aeroflot-Russian Airlines (341), LukOil (450) daxil olub. Həmçinin bu siyahıya Çin və Honqkonqdan 80 şirkət daxil olub.

Forbes versiyasına əsasən 2017-ci ilin ən yaxşı sahibkarları

Forbes dünyanın ən yaxşı sahibkarlarını açıqladı Jurnal müxtəlif şirkətlərin əməkdaşlarının 36 min anketini analiz edib.

Reytinqdə Google ana şikrəti Alphabet liderlik edir. Alphabet-in kapitalizasiyası 644,1 milyard dollar, əməkdaşları 75606 nəfər təşkil edir.

İkinci yerdə Microsoft qərar tutub. Şirkətin kapitalizasiyası 531,3 milyard dollar, əməkdaşların sayı isə 124min təşkil edir.

Üçüncü yeri Japan Exchange Group tutur. Forbes-un fikrincə, reytinqdə liderlik yerini tutan ilk üç şirkət “əməkdaşlar üçün möhtəşəm cazibədarlığa” malikdir. Japan Exchange Group kapitalizasiyası 9,7 milyard dollar, əməkdaşların sayı 1100 nəfər təşkil edir.

Dördüncü yerdə Apple şirkəti qərar tutub. Şirkətin kapitalizasiyası 810,7 milyard dollar, əməkdaşların sayı isə 1min təşkil edir.

Reytinqin beşinci yerində amerikan neft-qaz şirkəti Noble Energy qərar tutub. Kapitalizasiya 13,3 milyard dollar, əməkdaşların sayı 2274 nəfər təşkil edir.

Altıncı yerdə - alman avtomobil istehsalçısı Daimler qərar tutur. Şirkətin kapitalizasiyası 77,9 milyard dollar, əməkdaşlarının sayı 290870 nəfər təşkil edir.

Yeddinci yerdə amerikan neft-qaz şirkəti Williams qərar tutub. Onun kapitalizasiyası 25 milyard dollar, əməkdaşların sayı 5604 nəfər təşkil edir.

Reytinqin səkkizinci pilləsində amerikan korporasiyası IBM qərar tutub. Onun kapitalizasiyası 137,5 milyard dollar, əməkdaşların sayı 380.300 nəfər təşkil edir.

Reytinqin doqquzuncu pilləsində isveç investisiya şirkəti Investor AB qərar tutub. Kapitalizasiyası 36,8 milyard dollar, əməkdaşların sayı isə 87 təşkil edir.

İlk onluğu cənubi Koreya məişət texnikası istehsalçısı LG bağlayır. Şirkətin kapitalizasiyası 11,4 milyard dollar, əməkdaşların sayı isə 34800 təşkil edir.

 

Mənbə: Vedomosti.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR