Slimfit
  1. İQTİSADİYYAT

Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi

Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi
Sakura

Fond bağlanan bankların kreditorlarına yenidən müraciət etdi

Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan edilib və iflas proseduruna başlanılıb.

Ens.az Modern.az-a istinadən xəbər verir ki, eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ADİF)  “Atabank” və “Amrahbank” ASC-nin ləğvedicisi təyin edilib.

“Banklar haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankların müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Ləğv prosesində olan “Atabank” və “Amrahbank” ASC-lərin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:

Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrələri: (+99412) 497-87-00;

Qaynar xətt – 136.

Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: (+99412) 480-28-39.

Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR