Slimfit
  1. SİYASƏT

Fləşmob: Qarabağ Azərbaycandır və Nida!

Fləşmob: Qarabağ Azərbaycandır və Nida!
Sakura

Fləşmob: Qarabağ Azərbaycandır və Nida!

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğulayıb.

Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” sözlərini deməsi hər bir vətənpərvər azərbaycanlının qəlbində qürur və minnətdarlıq hissi doğurdu.

Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə müharibənin hər ağrı-acısını görən, yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın, Qarabağ müharibəsi veteranları və Aprel döyüşlərinin qazilərinin iştirakı ilə məcburi köçkünlər üçün salınmış “Qobu Park 2” yaşayiş kompleksində "Qarabağ Azərbaycandır!" adlı fləşmob keçirilib.

Fləşmob iştirakçıları tərəfindən Azərbaycan xəritəsi, ay-ulduz forması yaradılıb və "Qarabağ Azərbaycandır!" yazılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR