Slimfit
  1. TEXNOLOGİYA

Fiziki məhdudiyyətli insanların videolara baxışını asanlaşdıracaq süni intellekt sistemi hazırlanır

Fiziki məhdudiyyətli insanların videolara baxışını asanlaşdıracaq süni intellekt sistemi hazırlanır
Sakura

Fiziki məhdudiyyətli insanların videolara baxışını asanlaşdıracaq süni intellekt sistemi hazırlanır

Videoçarxlar, uzun müddət olar ki, sosial şəbəkələrin əsas məzmununu təşkil edir. Ancaq fiziki məhdudiyyətli istifadəçilər bu imkandan yararlana bilmirlər. İndi “Facebook” tərəfindən üzərində iş aparılan “VideoStory” sistemi bu problemi aradan qaldırmalıdır.
 
ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, sistemin əsasını təşkil edən neyron şəbəkəsi videonu təhlil edir və ekranda baş verənləri başa düşməyə imkan verən ətraflı təsvir generasiya edir.
 
Tərtibatçılar qeyd ediblər ki, süni intellekt sosial şəbəkələrdə yerləşdirilmiş 20 min məşhur videoçarx, həmçinin 123 min təsvir üzərində təlim keçib.
 
“Facebook”un nümayəndəsinin sözlərinə görə, sözügedən sistemin video üçün təsvir generasiya etməsinə baxmayaraq, əksər hallarda bu təsvir ekranda baş verənləri tam keyfiyyətdə çatdıra bilmir.
 
Bununla belə, tərtibatçılar bildirirlər ki, “VideoStory” videoməzmunu təsvir edən sistemin yaradılması üçün yaxşı vasitədir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR