Slimfit
  1. İQTİSADİYYAT

"Fitch": Ticarət müharibələri qlobal iqtisadi artıma mənfi təsir göstərir

"Fitch": Ticarət müharibələri qlobal iqtisadi artıma mənfi təsir göstərir
Sakura

"Fitch": Ticarət müharibələri qlobal iqtisadi artıma mənfi təsir göstərir

 "Fitch" Beynəlxalq Reytinq Agentliyi 2019-cu il üçün qlobal səviyyədə dünya Ümumi Daxili Məhsulun (ÜDM) artım sürətinə dair proqnozunu 0,1 faiz bəndi azaldaraq 3,1% müəyyənləşdirib.

“Report” TASS-a istinadən xəbər verir ki, proqnozun dəyişdirilməsinə ABŞ ilə Çin arasında ticarət müharibəsinin miqyasının böyüməsi səbəb olub.

Həmçinin Çinin iqtisadi artımına dair proqnoz 0,2 faiz bəndi azaldılaraq 6,1% səviyyəsində, ABŞ ÜDM-nin artımına dair proqnoz isə 0,1 faiz bəndi artırılaraq 2,9% səviyyəsində müəyyən olunub.

Xatırladaq ki, sentyabrın 24-dən ABŞ Çin mallarının idxalına 10%-lik gömrük rüsum tətbiq edəcək, gələn il yanvarın 1-dən etibarən isə həmin rüsumun dərəcəsi 25%-ə çatdırılacaq. Çin tərəfi isə ABŞ malları üçün 5-10%-lik idxal rüsumları tətbiq edəcəyini açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR