Slimfit
  1. İQTİSADİYYAT

"Fitch": Rusiya 2029-cu ilədək dünyanın ən böyük qızıl istehsalçısına çevrilə bilər

"Fitch": Rusiya 2029-cu ilədək dünyanın ən böyük qızıl istehsalçısına çevrilə bilər
Sakura

"Fitch": Rusiya 2029-cu ilədək dünyanın ən böyük qızıl istehsalçısına çevrilə bilər

"Fitch Solutions" konsaltinq şirkəti Rusiyada qızıl istehsalının növbəti 10 il ərzində artacağını gözləyir, bunun nəticəsində 2029-cu ilə qədər ölkənin dünyanın ən böyük qızıl istehsalçısı ola biləcəyi bildirilir.

Ens.az Apa.Az-a istinadən xəbər verir ki, bu barədə şirkətin hazırladığı hesabatda deyilir.

"Rusiyada qızıl istehsalının 2020-ci ildə 11,3 mln. unsiyadan 2029-cu ildə 15,5 mln. unsiyayadək artacağını proqnozlaşdırırıq. Bu, 2020-2029-cu illərdə orta illik artım tempinin 3,7% səviyyəsində olması deməkdir. Bu, ona gətirib çıxaracaq ki, Rusiya dünyanın ən böyük qızıl istehsalçısı olan Çini geridə qoyacaq. 2029-cu ilədək dünya istehsalının 11,6%-i Rusiyanın payına düşəcəyi gözlənilir. Bu il bu göstərici 10,6% təşkil edəcək", - hesabatda deyilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR