Dərc edildi: Baxış sayı: 500
"Fitch": Bu il Avrozona iqtisadiyyatı 7% azalacaq
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi bu il Avrozona iqtisadiyyatının 7% azalacağını proqnozlaşdırır.
"APA-Economics"in "Fitch"in "Global Economic Outlook" adlı aprel hesabatına istinadən verdiyi məlumata görə, koronavirus pandemiyası fonunda dünyada ən kəskin iqtisadi azalma bu regionda gözlənilir. Agentlik 2020-ci ilin I rübündə İtaliya, Fransa və İspaniyada ÜDM-in artıq 5% azaldığını qeyd edir. "Fitch"in proqnozuna görə, İtaliya iqtisadiyyatı bu il 8% azalacaq.
Bundan əlavə, agentliyinin gözləntilərinə görə, Böyük Britaniyada ÜDM bu ilin II rübündə 10% (əvvəlki proqnoz 7%), bu il ümumilikdə isə 6% azalacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət