“Fitch” Azərbaycan iqtisadiyyatının artım səbəblərini açıqladı
Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda siyasi-sosial sabitliyin qorunub-saxlanacağını açıqlayıb.
Oxu.Az agentliyə istinadən xəbər verir ki, qurum eyni zamanda xarici valyutada emitetin defoltunun uzunmüddətli reytinqini “BB+”, sabit səviyyəsində təsdiqləyib.
Agentliyin proqnozuna görə, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin yüksək olması, qaz hasilatı, turizm və kənd təsərrüfatının inkişaf etməsi nəticəsində cari ildə 2 faiz artım nümayiş etdirəcək.
O da bildirilir ki, Azərbaycanın makroiqtisadi sabitliyi inflyasiyanın cari ilin 5 ayında 3,2 faizə düşməsi fonunda yüksəlir. Qeyd edilir ki, 2017-ci ilin müvafiq dövründə bu rəqəm 12,9 faiz təşkil edirdi.
Bank sektorunda dollarlaşmanın azaldığını vurğulayan agentlik bank depozitlərində dolların payının 2017-ci ilin sonundakı 67 faizdən 2018-ci ilin iyun ayının 1-nə 63 faizə, kreditlər üzrə isə 41 faizdən 39 faizə düşdüyünü irəli sürür.
“Fitch” cari il üzrə tədiyyə balansının profisitinin ÜDM-in 6,4 faizinə yüksələcəyini proqnozlaşdırır:
“Buna neftin yüksək qiyməti, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, “Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracı təsir edəcək.
Leyla Əliyeva
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət