Slimfit
  1. DÜNYA

Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi
Sakura

Fıstıq allergiyasına qarşı ilk dərman təsdiqləndi

ABŞ Qida və dərman vasitələrinin keyfiyyətinə sanitariya nəzarəti İdarəsi (FDA) fıstıq allergiyasına qarşı ilk dərman preparatlarının effektivliyini təsdiqləyib. 

Bu barədə “Science” nəşri məlumat verir.

“AR101” adlandırılan dərman fıstığa qarşı həssas olan insanlar ondan təsadüfən istifadə etdikdə allergik reaksiyaları azalda bilər. Xəstələrə tərkibində fıstıq zülalı olan həbləri dozanı tədricən artırmaqla qəbul etmək təklif olunur. Belə ki, bunun nəticəsində bədən ona alışmalıdır.

Preparatın hazırlanması ilə 2011-ci ildən “Aimmune Therapeutics” şirkəti məşğul olur. O zaman hökumət təşkilata qida allergiyası sahəsində tədqiqatların dəstəklənməsi üçün 3,5 milyon dollar ayırmışdı.

Fıstıqlara allergik reaksiyanın simptomları qaşıntı, örə, ekzema, üz şişməsi, asqırma, astma, qarın ağrısı, arterial təzyiqin azalması və anafilaksiya ola bilər. Allergiyanın dəqiq səbəbi bilinmir. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR