Slimfit
  1. DÜNYA

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Finlandiyada erməni təxribatının qarşısı alınıb
Sakura

Finlandiyada erməni təxribatının qarşısı alınıb

Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan Türk gənclər təşkilatının rəhbəri Ülviyyə Cabbarova və təşkilatın üzvü Leyli Hüseynova tərəfindən erməni təxribatının qarşısı alınıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az -a verilən məlumata görə, belə ki, müxtəlif ölkələrdə davam edən Beynəlxalq Turizm sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada keçirilir. Helsinkidə Matkamessuda keçirilən turizm sərgisinə qatılan erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Artsax” kimi təqdim edilib. 

Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçrilən yerə gedərək ermənilərin burada təxribatla məşğul olduqlarını və Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakterli olduğunu onların nəzərinə çatdırıblar. 

Erməni şirkəti ilə uzun mübahisədən sonra Ü.Cabbarova sərginin təşkilatçı admnistratorunu Ermənistan stendinə dəvət edib və durumu ona anladaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən beynəlxalq sənədləri təqdim edib. Bundan sonra, soydaşlarımızın təkidi və Admnistratorun göstərişi ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşürlər sərgidən yığışdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR