Slimfit
  1. DÜNYA

Finlandiya sahilində "buz yumurtaları" - nadir hava fenomeni

Finlandiya sahilində "buz yumurtaları" - nadir hava fenomeni
Sakura

Finlandiya sahilində "buz yumurtaları" - nadir hava fenomeni

Finlandiyada nadir hava fenomeni nəticəsində bir çimərlik yumurta şəklində olan minlərlə buz parçalarının örtüyü altında qalıb.

Finlandiya ilə İsveçi ayıran Hayluoto adasında "buz yumurtalara" rast gələnlər arasında həvəskar fotoqraf Risto Mattila da olub.

Mütəxəssislər hesab edir ki, buz kürələri külək və suyun təsiri nəticəsində yuvarlanaraq əmələ gəlib.

Yaxınlıqdakı Oulu şəhərindən olan cənab Mattila əvvəllər belə bir şeyə rast gəlmədiyini deyib:

"Mən xanımımla Marjaniemi çimərliyində idim. Hava günəşli, təxminən -1C dərəcə idi. Və kifayət qədər küləkli bir gün idi", - cənab Mattila BBC-yə bildirib.

"Orada belə bir heyrətamiz hadisəni gördük. Çimərlik boyunca su xətti yaxınlığında qar və buz yumurtaları var idi."

Cənab Mattila deyir ki, buz kürələri təxminən 30 metrlik ərazini örtürdü.Hayluoto

Ən kiçik buz kütləsi yumurta, ən irisi isə futbol topu ölçüsündə idi.

"Bu heyrətamiz bir mənzərə idi. Mən burada yaşadığım 25 il ərzində belə bir şeyə rast gəlməmişdim", - Mattila deyir.

"Yanımda kamera olduğu üçün bu qeyri-adi mənzərəni gələcək nəsillər üçün əbədiləşdirmək qərarına gəldim".

BBC-nin hava proqnozu üzrə mütəxəssisi George Goodfellow deyir ki, buz kürələrinin əmələ gəlməsi üçün hava soyuq və bir qədər də küləkli olmalıdır.

"Ümumi mənzərə belədir ki, nisbətən iri buz örtüyündən əmələ gələn parçalar daha sonra dalğaların hərəkəti nəticəsində yuvarlanaraq kürə halına gəlir".

"Onlar dəniz suyunun üzərində buz layı əmələ gələrkən yarana bilər. Bu həmçinin, onların üstünü hamarlaşdırır. Nəticədə səthi düz olan buz kürəsi yaranır. O, daha sonra su və küləklə çimərliyə çıxarıla və ya su çəkiləndə orada qala bilər".

Bənzər hadisələr əvvəllər də qeydə alınıb - Rusiya və Chicago yaxınlığındakı Michiqan gölündə.

2016-cı ildə Sibirdəki Nıda kəndinin sakinləri eyniadlı çayın 18 km məsafəyə uzanan sahili boyunca nəhəng buz və qar kürələrinə rast gəliblər.

Sahildəki buz kütləsi tennis topu boyda və diametri 1 metrə çatan müxtəlif ölçülü kürələrdən ibarət olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR