Dərc edildi: Baxış sayı: 642
Finişə çatan idmançını ildırım vurub öldürdü
ABŞ-ın Kanzas ştatında yerləşən Elk-siti parkında qaçışçını ultramarafonun finişinin yaxınlığında ildırım vurub.
Bu barədə BBC News məlumat verib.
Tomas Stenli adlı 33 yaşlı qaçışçı 50 km-lik məsafəni qət edib, finiş xəttinə yaxınlaşarkən bədbəxt hadisənin qurbanına çevrilib. İldırım vuran idmançıya digər qaçışçılar, təşkilatçılar yardım etməyə çalışsalar da, o, aldığı travmalar nəticəsində vəfat edib.
İdmançının Eşli adında həyat yoldaşı və 3 övladı qalıb.
Stenlinin medalını həyat yoldaşına təqdim ediblər.
Yarışın təşkilatçıları sosial şəbəkələrdə qeyd ediblər: “Tomasın ailəsi deyir ki, ildırım vurma nəticəsində ölmək şansı milyonda birə bərabərdir. Elə Tomas da milyonda bir adamlardan idi”.
Qeyd edək ki, yarışdan öncə bu regionda güclü şimşək olacağı ilə bağlı məlumatlar verilibmiş.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət