Slimfit
  1. MEDİA

Filosof şair

Filosof şair
Sakura

Filosof şair

Dünya şöhrətli filosof şair, bütün elmlərin mahir bilicisi, bənzərsiz düha N.Gəncəvi haqqında cild-cild kitablar yazılmış, elmi məqalələr çap olunmuş, şərəfinə qiymətli fikirlər söylənmişdir. Hindistanın türk əsilli şairi N.Gəncəvinin xələfi Ə.X.Dəhləvi şairin yaradıcılığını belə qiymətləndirir:

 Nizami hər sözü demiş birinci

     Qoymamış cilasız qalsın bir inci.

Nizami elə fitri istedada malik şəxsiyyətdir ki, hər misrası, hər sözü aforizmə çevrilmişdir. Çünki şair sözləri dəyərli, məzmunlu formada işlədirdi:        

      İncitək sözlər seç az danış,az din,

                                              Qoy az sözlərinlə dünya bəzənsin.

Söz mülkünün xiridarı, əxlaq, mərifət ustadı N.Gəncəvinin qələmindən süzülən hər kəlməsi bizə həyatı, ətraf aləmi, kainatı öyrədən bir açardır. Çünki O, dövrünün bütün elmlərinə, vaqif olmaqla hər bir elmi məktəbi şeir dilində çatdırır. Nizami nəinki yaradıcı insanların, həm də elm sahəsində çalışan ş­­əxslər­in ­­də müraciət etdiyi qiymətli xəzinədir. Onun elmlərlə bağlı fikirləri şeirlə, şeirləri isə elmlə qarışaraq öz dəyərini, mənasını daha da dərinləşdirmişdir. Bir insan nə qədər savadın, hər tərəfli elmi biliklərin mahir bilicisi olmalıdır ki, belə qiymətli əsərlər yarada bilsin. Necə ki, şairin vurğuladığı kimi:

   Bir elmi öyrənmək istədikdə sən,

Çalış ki, hər şeyi kamil biləsən.

 Kamil bir palançı olsa da insan,

   Yaxşıdır yarımçıq papaqçılıqdan.

Böyük mütəfəkkir Nizami Gəncəvi bütün qapıların yalnız elmlə, yüksək zəka ilə insanların üzünə açıldığını çatdırır:

      Qüvvət elmdədir başqa cür heç kəs,

   Heç kəsə üstünlük eyləyə bilməz.

Nizaminin irsi, külliyatı bitib-tükənməyən bir xəzinədir. O,yaşadığı dövrün tarixini, xalqın həyatını, mübarizəsini, qəhrəmanlığını, zəngin və çoxcəhətli mədəniyyətini dərindən öyrənmiş, bunları əsərlərində yüksək sənət dili ilə əks etdirmişdir. Ədəbiyyatşünas alim F.Köçərlinin dediyi kimi: “Heç bir şair o lətafət və zəriflikdə söz deməyibdir.”

Nizaminin əsərlərində astronomiya, riyaziyyat, fəlsəfə, kosmologiya, həndəsə, tibb, ilahiyyat, əxlaq (etika), musiqi, təbiətşünaslıq və digər elmlərə rast gəlinir. Onun bütün bu elm sahələrinə yüksək səviyyədə yanaşması Nizaminin bilik dairəsinin nə qədər geniş və dərin olduğunu göstərir. Şair elmi mülahizələrini ortaya çıxarmaq üçün çox zaman Qurani-Kərimdən ayələrini hədisləri, mötəbər rəvayətləri dəlil kimi göstərir. Elmdə qəbul olunmuş bütün qanuna uyğunluqları dərk edərək, yəni mexaniki hərəkət haqqında elmi prinsipləri mənimsəyərək, qüvvə mənbəsinin Allah olduğunu bildirir.

                                            Bəli,hər bir bilici başa düşür ki,

                                            Dolananı bir dolandıran var

             Qarı arvadın dolandırdığı çarx(cəhrə) ilə

      Dolanan çarxı(fələkləri)müqayisə et

                                                                                                      (Xosrov və Şirin)

Burada filosof-şair Nizami mötəbər bir hədisdən qaynaqlanaraq çatdırır ki,dinində möhkəm olan qarıdan soruşanda ki,Allahın varlığına necə inanırsan? O,əlini cəhrədən çəkir və deyir ki, bu cəhrəni firladaramsa hərəkətə gələcək demək bu dünyanı da yönəldən bir qüvvə var.

 Nizami fəlsəfəsinin kükündə ilahi sevgi dayanır, məhz bu ilahi eşqdən bəhrələnərək şair dünyəvi elmlərin qapısının açarını əldə etmişdir. O, ilahinin verdiyi fitri istedad, dərin zəka ilə qazandığı biliklər sayəsində elm və mərifət çeşməsi yaratmışdır. Böyük dühanın incitək sapa düzdüyü,sözlərin,kəlamların arxasında əziyyət,zəhmət dayanır:

                           Hər dürrü ağzımdan çıxarmaq istəyəndə

                           Neçə duruşla döş-döşə gəlirəm.

                           Yüz dəfə odlanıb,beynimi  yandırmaqla

                           Gecələr bur şəbçıraq ələ gətirirəm.

                                                                       (X.və Ş.)

Söz xiridarının söylədiyi kimi şam işığında elminin gücü ilə qazandığı cəvahirləri,gövhərləri bizlərə bəxş etdiyi, Zəm-Zəm bulağı tək tükənməyən bir xəzinədir.

Nizami bəşəriyyətin cazibə,eşq üzərində qurulduğunu söyləyir. Bu fikrin önündə ilahi eşq dayanır.Şairin hər kəlməsi,hər sözü ilahi eşqdən güc alır:

                           Eşqidir mehrabı uca göylərin,

                           Eşqisiz ey dünya nədir dəyərin?!

                           Eşqsiz olsaydı xilqətin canı

                           Dirilik sarmazdı bütün cahanı.

Mənəvi aləmdə eşq elmdə cazibə qüvvəsini göstərən alim-şair kainatın idarə olunmasında eşqin,sevginin mühüm amil olduğunu göstərməyə çalışır. Nizami həm dini, həm də elmi baxımdan qaranlıq məsələlərə aydınlıq gətirməyə çalışır. Əlbəttə hamısının dəlillər gətirərək elmi izahını da verir.

                              Maqnit əgər aşiq olmasaydı,

                              O, şövqlə dəmiri necə çəkə bilərdi.

                                                                    (X.Ş.)

Yaşadığımız Sovet İmperiyası dönəmində bu kimi fikirlər söyləmək,bu kimi yanaşmalar dini fanatizm kimi qiymətləndirilirdi. Nizami yaradıcılığında sevgi ancaq bəsit çərçivəyə sığışdırılır: aşiqin-məşuqa,gülün-bülbülə sevgisi kimi tərənnüm olunub.Əslinə qalarsa Nizami zəkası,bütün bariyerləri aşaraq bəsit sevgi anlayışını kölgədə qoyur. Onun fəlsəfəsi dar çərçivəyə sığmır,ümumbəşəri sevgini özündə ehtiva edir. Beləliklə ilahi sevgidən qaynaqlanan bir dühanın əsərlərinin hər misrası hikmət, mərifət mənbəyinə çevrilir.  

Şairin zəka boğçasından açdığı süfrədən hər kəs bəhrələnə bilər,çünki nemətləri tükənməzdir. Onun yaradıcılığını hələ çox nəsillər tədqiq və təhlil edəcək.Həqiqətən də Nizami nadir şəxsiyyətdir.

 

Həbibə Əliyeva

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR