Film çəkmək üçün peşəkar kameraya ehtiyacınız yoxdur, iPhone 11 Pro köməyinizə çatacaq
Yeni iPhone modelləri, şübhəsiz, geniş insan kütlələrinə xitab edəcək. Ancaq deyərdim ki, Apple bu telefonları xüsusilə yaradıcı insanlar üçün hazırlayıb, eləcə də rejissorlar. Misal olaraq, “Unsane” filmini iPhone 7 plus-la, Netflix-də yayımlanan “High flying bird”-i isə, iPhone 8-lə çəkən Steven Soderbergh-i göstərə bilərik.
İllərdir iPhone video çəkiliş baxımından digər telefonlardan üstünlüyünü qoruyub saxlayır. Görüntü, rəng keyfiyyəti və az işıqlı mühitdəki performansı müqayisə edilməyəcək dərəcədədir. Son illərdə Galaxy Note 10, Huawei P30 Pro və Pixel 3 kimi telefonlar, iPhone X və XS-in foto baxımından verə biləcəyi nəticəni əldə edir və ya üstələyir, lakin video çəkiliş cəhətdən eyni sözləri deyə bilməyəcəyik.
iPhone-un kiçik, cibə yerləşən ölçüsü, çəkiliş keyfiyyəti onun peşəkar video kameralardan daha əlverişli, daha ucuz olmasını və daha sürətli qurulmasını təmin edir. Bütün bunlar istehsalın sürətlənməsinə, pula qənaət edilməsinə və yaradıcılığa daha çox vaxt ayırmağa imkan verir.
TED.az-ın bu yazısının əsas qəhrəmanı yeni iPhone 11 Pro-dur. Üçlü arxa kameralarla birləşdirilmiş A13 prosessoru, təkmilləşdirilmiş selfi kamerası və daha uzun batareya ömrü yaradıcı insanlar üçün daha rahat, daha asan istifadə təmin edir. Deyəsən, Apple, yaradıcı mütəxəssislər, rejissorlar və həvəskarlar üçün bu günə qədərki ən yaxşı cib media maşınını hazırlayıb.
iPhone 11 Pro-nun yeni üçlü arxa kamerası video çəkiliş zamanı avtomatik olaraq 26mm/1,8 genişlikli kameradan 52 mm f/2 "telefoto" kameraya və ya 13mm f/2.4 ultra geniş kameraya dərhal dəyişə bilir.
Apple arxa kameraların keyfiyyətinə uyğun olaraq selfi kamerasını da təkmilləşdirib. İlk dəfə olaraq, bütün iPhone kameraları 12 meqapiksellik bir sensora sahibdir və 4K video çəkiliş edə bilirlər. Apple, həmçinin hər kameranı rəng və ekspozisiya ilə uyğunlaşacaq formada hazırlayıb, buna görə də film çəkərkən kameraları dəyişdirmək vizuallığı pozmayacaq. iPhone XS-dəki 4K 30fps (saniyə ərzində kadr sayı) genişləndirilmiş dinamik diapazon xüsusiyyəti indi iPhone 11 Pro-da 4K 60fps olaraq əvəz olunub.
Lakin daha mükəmməl film çəkilişi üçün Apple-ın öz kamera tətbiqi əvəzinə, Soderbergh-in də istifadə etdiyi Filmic Pro-nu (Android versiyası da mövcuddur) tövsiyə edirik. Filmic Pro ilə təchiz olunmuş iPhone 11 Pro idarə edilməsi lazım olan 1 cihazla əhatə dairəsini iki dəfə artırır. Bir-birinə baxan iki nəfərin arasına yerləşdirilən iPhone 11 Pro, arxa kameralardan biri və selfie kamerası ilə eyni vaxtda iki fərqli çəkiliş edən Filmic Pro-nu düşünün. Düzünü demək lazımdırsa, bu, mükəmməldir. Normalda çəkiliş zamanı söhbətin hər iki tərəfini qeydə almaq üçün çox sayda düzəliş etməlisiniz.
Son olaraq, Steven Soderbergh-in yeni filmi “The Laundromat” 27 sentyabrda kinoteatrlarda, 18 oktyabrda Netflix-də yayımlanacaq. Filmin ulduzları Antonio Banderas, Meryl Streep, Gary Oldman, Jeffrey Wright ve David Schwimmer-dir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət