Dərc edildi: Baxış sayı: 468
Filippinin dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Biz Azərbaycan xalqının hər birimizin paylaşdığı və əziz tutduğu müstəqillik, azadlıq və suverenlik kimi dəyərləri təntənə ilə qeyd etməsinə qoşuluruq. Qoy, bu gün Sizin həmrəy, etibarlı və firavan ölkənizin quruculuğuna dəyərli töhfə olsun.
Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Hörmətlə,
Rodriqo Roa Duterte
Filippin Respublikasının Prezidenti
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət