Slimfit
  1. DÜNYA

Filippində müsəlmanlar 500 ildən sonra muxtariyyət qazanıblar

Filippində müsəlmanlar 500 ildən sonra muxtariyyət qazanıblar
Sakura

Filippində müsəlmanlar 500 ildən sonra muxtariyyət qazanıblar

Filippindəki müsəlman moro xalqı 500 illik mübarizənin yekunu olaraq azadlıq əldə ediblər.

Report” xəbər verir ki, bunu Filippində Moroda dinc prosesin monitorinqi üzrə beynəlxalq komissyanın Türkiyədən olan təmsilçisi Hüseyn Oruc “Anadolu” agentliyinə bildirib.

Vurğulanıb ki, Filippinin cənubunda müsəlman moro xalqına genişləndirilmiş muxtariyyətin verilməsi ilə bağlı keçirilən referendumun nəticələrini rəsmi Manila da tanıyıb: “Moro İslam Azadlıq Cəbhəsi Filippin hərbçiləri və polis əməkdaşlarına hücum etməyəcəyinə dair öhdəlik götürüb”.

Qeyd edək ki, cari il yanvarın 21-dən fevralın 6-dək moro xalqına genişləndirilmiş muxtariyyətin verilməsinə dair 2 mərhələli səsvermə keçirilib. Bildirilib ki, moro xalqının yaşadığı Mindanao adasında 3 milyon nəfərin səsvermə hüququ var.

“Banqsamoro (Moro xalqı) rayonuna muxtariyyətin verilməsi haqqında” qanun üzrə danışıqlar 1997-ci ildən davam edirdi. Rodriqo Duterte Filippin Prezidenti seçiləndən sonra bu istiqamətdə danışıqlar fəallaşıb.

2016-cı ildə çərçivə razılığına nail olunub, 2017-ci ildə isə yekun sənəd imzalanıb. Razılaşmada Moro İslam Azadlıq Cəbhəsinin tərksilah edilməsi də nəzərdə tutulub. Onların sayının 12 000-50 000-dək olduğu bildirilib. 2018-ci ilin mayında Mindanao əyalətinin bir sıra rayonlarına muxtariyyət verilib. Ötən ilin iyulunda isə Redriqo Duterte 2019-cu ildə referendumun keçirilməsinə dair hazırlıq işlərinin görülməsi barədə razılaşmanı təsdiqləyib. Əldə edilən razılaşmaya əsasən, Banqsamoroda hökumət və şəriət məhkəməsi formalaşacaq. Moro İslam Azadlıq Cəbhəsinin döyüşçüləri isə Filippinin güc strukturlarına daxil olacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR