Slimfit
  1. İDMAN

Filip Ozobiç: "Xorvatiyada buranı düzgün qiymətləndirmirlər"

Filip Ozobiç: "Xorvatiyada buranı düzgün qiymətləndirmirlər"
Sakura

Filip Ozobiç: "Xorvatiyada buranı düzgün qiymətləndirmirlər"

“Topu Antun Paliçin ayaqlarının arasından keçirdikdən dərhal sonra zərbə vurmaq barədə düşündüm. Üzərimə gələnlərə fikir vermədim və topu qapıya yolladım. Bununla da hesab 3:0 oldu və qrupa düşməyimiz rəsmiləşdi. “Şerif” yaxşı komandadır, lakin iki matça görə biz növbəti mərhələyə adlamağa layiq idik”.

“Report” xəbər verir ki, bunu “Sportske Novosti” portalında müsahibəsində “Qarabağ”ın futbolçusu Filip Ozobiç deyib. Həmyerlilərinin suallarını cavablandıran 27 yaşlı xorvatiyalı yarımmüdafiəçi bir sıra məsələlərdən danışıb.

- Bu, ilk belə zərbəniz deyildi. İki il əvvəl “Qəbələ”nin heyətində Fransa təmsilçisi “Lill”ə də bu cür qol vurub, komandanızın Avropa Liqasının qrupuna düşməsinə kömək etmişdiniz...

- Bəli, elədir və sonuncu olmadığına ümid edirəm. Azərbaycan çempionatında bu cür qollarım olub. Bunların sayı daha çox olsa, pis olmaz (gülür).

- Yeni klub, amma eyni şəhər və eyni mənzil. Niyə məhz “Qarabağ”ı seçdiniz?

- “Qarabağ” son 5 mövsümün çempionudur. “Qəbələ” də əla klubdur, lakin “Qarabağ” daha stabildir. Hər şey yüksək səviyyədə təşkil olunub. “Qəbələ” ilə müqaviləmin müddəti bitmişdi. Onlar qalmağımı istəyirdilər. Amma mənə daha yaxşı şərtlər təklif olunmuşdu deyə, bu cür qərar qəbul etdim.

- Bir çox ölkədə bu cür keçid birmənalı qarşılanmır. İndi “Qəbələ”nin stadionuna rahat gedə bilərsiniz?

- Onlar başqa kluba keçidimə görə bir qədər kədərləndilər. Amma bu, peşəkar futboldur və normal haldır. Qəbələyə gedə bilərəm, lakin hələ orada oyunumuz olmayıb.

- Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamısınız. Ante Çaçiçin dönəmində əsas millidə 2 oyun keçirmisiniz. Lakin hazırda Belçikadan 5 futbolçu dəvət alsa da, siyahıda yoxsunuz. Bəziləri Azərbaycanda qaldığınız üçün sizi iddialı saymır. Bir daha yığmada olmayacağınızla razılaşırsınız?

- “Qarabağ”ın dəyərini və nə demək olduğunu bilirəm. Təklif gələndə düşünmədən qəbul etdim. Burada özümü super hiss edirəm. Lakin çempionatımız Qərb üçün önəmli deyil. Ambisiyalı olmadığım doğru deyil. “Qarabağ” əla klubudur, şərait ən üst səviyyədədir. Xorvatiyada buranı düzgün qiymətləndirmirlər. Avrokuboklarda Zaqreb “Dinamo”su və ya “Riyeka” ilə düşsək, onları necə keçəcəyimizi görəcəksiniz. Əminəm ki, “Qarabağ” bu komandalara qalib gəlib, yoluna davam edər.

- Avropa Liqasındakı qrupunuzu necə dəyərləndirirsiniz?

- Çətin qrupa düşmüşük. “Arsenal” və “Sportinq” aparıcı liqa komandaları səviyyəsindədir, “Vorskla” isə nisbətən zəifdir. “Qarabağ” yoluna davam etmək istəyir. Maksimum dərəcədə xal götürmək üçün oynamalıyıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR