Slimfit
  1. DÜNYA

Filip Kotler: “Çox işləmək lazım deyil; lazımi anda, lazımi yerdə işləmək lazımdır

Filip Kotler: “Çox işləmək lazım deyil; lazımi anda, lazımi yerdə işləmək lazımdır
Sakura

Filip Kotler: “Çox işləmək lazım deyil; lazımi anda, lazımi yerdə işləmək lazımdır

ABŞ-ın Şimal-qərb universiteti yanında Ali Menecment Məktəbinin beynəlxalq marketinq üzrə professorudur. Çikaqo universitetində iqtisadiyyat magistri və fəlsəfə doktoru dərəcələrini alıb. ABŞ-ın Çikaqo şəhərində, rusiyalı mühacirlərin ailəsində anadan olub. Filip Kotler marketinq və menecmentə aid çoxlu kitabın, 100-dən artıq məqalənin müəllifidir. Marketinq elmi sahəsində əldə etdiyi nailiyyətlərə görə çoxlu mükafatlara və fəxri adlara layiq görülüb. Filip Kotler marketinqin müxtəlif elmlərə aid edilən bilik və məlumatlarını bir yerə toplayaraq sistemləşdirmişdir. O, tarixdə ilk dəfə olaraq marketinqi ayrıca bir ixtisasa çevirmişdir. Filip Kotlerin “Marketinqin əsasları” adlı kitabı marketinqin “Bibliya”sı sayılır.

Filip Kotler dünyada “Marketingin atası” kimi tanınır. Marketinq sahəsində böyük uğurlarından başqa, bu sahə haqqında təbii olaraq bir çox deyimləri və fikirləri vardır.

Ustad Filip Kotlerin deyimlərindən biri də belədir: “Mənim fikrimcə, ən professional marketolog o marketologdur ki, onun şəxsi biznesi var. Belə olan halda o, öz biznesinin inkişafı və uzunmüddətli dövrdə yüksək gəlirliliyi əldə etmək üçün bütün Marketing texnikalarından istifadə edir, bütün səylərini cəmləşdirir, çox çalışır, çünki yolunda çalışdığı biznes özünündür. Buna görə də ən professional marketoloq şəxsi biznesi olan marketoloqdur”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR