FİFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi
Koronavirusun yayılma vəziyyətini izləyən Beynəlxalq Futbol Federasiyasının (FİFA) işçi qrupu təşkilat şurasının bürosuna iyun ayı üçün nəzərdə tutulan milli yığma komandaların bütün matçlarını təxirə salmağı tövsiyə edib.
FİFA-nın mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, tövsiyə həm kişi, həm də qadın komandalarının oyunlarına şamildir.
Həmçinin işçi qrupu FİFA şurasının bürosuna dünya çempionatının 2022-ci ilin seçmə matçlarının planlaşdırılması üzrə konfederasiyaların nümayəndələri ilə ikitərəfli danışıqlar aparmağı, eləcə də qadın komandaları arasında Olimpiya Oyunlarına seçim turnirinin keçirilməsi üçün yeni tarixlərin beynəlxalq təqvimə daxil edilməsini tövsiyə edib.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət