FİFA Rusiya Futbol Federasiyasını cəzalandıra bilər
FİFA Rusiya Futbol Federasiyasını cəzalandıra bilər.
Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, buna səbəb 2017-ci ildə ölkənin iki klubu – “Anji-2” və “Sokol”un Krımda keçirilən qış kubokunda iştirak etməsidir. FİFA və UEFA Krımı Rusiya ərazisi kimi tanımadığından yerli komandaların da orada oynamasını qəbul etmir. Hazırda məsələ ilə bağlı araşdırmalara başlayan ali futbol qurumu sözügedən klublara orada oynamaq üçün məhz federasiyanın icazə verdiyini hesab edir.
Əgər bu iddia öz təsdiqini tapsa, o zaman Rusiyanı olduqca sərt cəzanın gözlədiyi bildirilir.
Qeyd edək ki, FİFA-nın 2014-cü ildəki qərarına əsasən Rusiya Futbol Federasiyası Krımda hər hansı bir futbol turniri təşkil edə bilməz. Eyni zamanda Krımı təmsil edən klubların 2015-ci il yanvarın 1-dən Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunan turnirlərdə iştirakına qadağa qoyulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət