Dərc edildi: Baxış sayı: 460
:0
FİFA-nın verdiyi mükafat yoxa çıxdı
"Lion"un qadın komandasının kapitanı Vendi Renar üçün 2020-ci il yaxşı başlamayıb.
Qol.az-ın xəbərinə görə, qadın futbolunun aparıcı üzvlərindən biri Parisdən Liona getmək üçün istifadə etdiyi qatarda iki mükafatının olduğu çamadanını unudub. Çamadanını götürmədiyini evinə çatanda bilən Renar daha sonra dəmiryolu stansiyasına geri qayıdıb. Ancaq onun mühafizəçilər tərəfindən tapılan çamadanında mükafatlar olmayıb.
Fransalı müdafiəçi sosial şəbəkə vasitəsi ilə mükafatlarının ona geri qaytarılması bağlı müraciət edib.
Qeyd edək ki, V.Renar FİFA tərəfindən 2019-cı ilin rəmzi komandasına daxil olub. Ona bu münasibətlə verilən mükafatın da oğurlandığı bildirilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət