Dərc edildi: Baxış sayı: 794
FİFA-nın keçmiş rəhbəri barəsində yeni araşdırma başlandı
İsveçrə Prokurorluğu Beynəlxalq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti Yozef Blatter barəsində yeni araşdırmaya başlayıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" bildirib.
Blatter təşkilatın fondundan 1 milyon avronu xərcləməkdə şübhəli bilinir. Agentliyin məlumatına görə, o, 2010-cu ilin aprelində FİFA adından Trinidad və Tobaqonun Futbol Assosiasiyasının kreditini ödəyib. Qeyd edilir ki, faizsiz borc sonra silinib.
Həmçinin bildirilir ki, işdə FİFA-nın o zamankı daha iki məmurunun – baş katib Jerom Valkenin və maliyyə direktoru Markus Kattnerin adları var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət