Slimfit
  1. İDMAN

FİFA “Çelsi”nin tələbini rədd etdi

FİFA “Çelsi”nin tələbini rədd etdi
Sakura

FİFA “Çelsi”nin tələbini rədd etdi

Xəbər verdiyimiz kimi, FİFA 18 yaşında kiçik futbolçuların transferləri zamanı qaydaları pozduğu üçün “Çelsi”yə iki “transfer pəncərəsi” dövründə yeni futbolçu almağa qadağa qoyub.

Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, bu qadağa klubun qadın futbolu və futzal komandalarına aid edilməyəcək.

FİFA pozuntulara yol verilmiş trasnsferlərin qaydalara uyğun tənzimlənməsi üçün “Çelsi”yə 3 ay vaxt verib. Bundan başqa, kluba 600, İngiltərə Futbol Federasiyasına isə 510 min funt-sterlinq cərimələnib.

London klubu qərarın təxirə salınması üçün FİFA-ya müraciət etsə də, bu istəyi rədd edilib.

Qeyd edək ki, “Çelsi” 3 ay ərzində qərarla bağlı Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) etiraz edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR