Slimfit
  1. İDMAN

FIFA “Bakı”nın sabiq futbolçusunu ömürlük futboldan uzaqlaşdırdı

FIFA “Bakı”nın sabiq futbolçusunu ömürlük futboldan uzaqlaşdırdı
Sakura

FIFA “Bakı”nın sabiq futbolçusunu ömürlük futboldan uzaqlaşdırdı

FİFA İntizam Komitəsi təşkilatın intizam kodeksini pozan səkkiz şəxsi ömürlük futboldan uzaqlaşdırıb.

Qurumun saytında bildirilirki, onlardan 7-si futbolçu, biri isə menecerdir.

Futbolçulardan Karlon Myurrey, Keyno Tomas (hər ikisi Trinidad və Tobaqo), Xellinqs Mvakasunqula (Malavi), İbrahim Karqbo (Sierra Leone), Seidat Çomoqo (Benin), Leonel Duarte (Kuba), Məhəmməd Salim İsrafil Koxistani (Əfqanıstan) və zimbabveli menecer Kudzanay Şaba danışılmış oyunlara görə futbol fəaliyyətindən ömürlük kənarlaşdırılıb.

Qurum keniyalı Cordc Obino Audiyə 10 illik cəza və 15 min İsveçrə frankı məbləğində cərimə təyin edib.

 Qeyd edək ki, bunlardan İbrahim Karqbo vaxtilə ölkəmizdə oynayıb. O, hazırda həvəskar liqada mübarizə aparan, vaxtilə iki dəfə Azərbaycan Premyer Liqasının qalibi olmuş "Bakı" klubunun mərkəz müdafiəçisi olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR