Dərc edildi: Baxış sayı: 445
FIFA Afrika futbolunun idarəçiliyini tam şəkildə üzərinə götürəcək
FIFA yaxın vaxtlarda Afrika futbolunun idarəçiliyini tam şəkildə üzərinə götürəcək.
“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bununla bağlı qərar Afrika Futbol Konfederasiyasının (CAF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirilir ki, qurumdakı korrupsiya qalmaqalları üzündən bu cür addım atılıb.
Afrika futbolundakı problemlərlə FIFA-nın baş katibi Fatma Samuranın məşğul olacağı gözlənilir.
Qeyd edək ki, FIFA-nın Etika Komitəsi korrupsiyada ittiham olunan CAF-ın hazırkı prezidenti Əhməd Əhməd barəsində araşdırma aparır. İyunun 21-də Misirin paytaxtı Qahirədə Afrika Millətlər Kuboku start götürəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət