Dərc edildi: Baxış sayı: 562
'Fiat' və 'Peugeot' avtomobil markaları birləşir
İtaliyanın məşhur avtomovil markası - "Fiat"ın istehsalçısı "Fiat Chrysler Automobiles NV" şirkəti və Fransanın tanınmış avtomobil brendi - "Peugeot"nun istehsalçısı "PSA Group" gələn həftə birləşmək barədə müqavilə imzalayacaq.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu birləşmə nəticəsində dünyanın IV ən böyük avtomobil istehsalçısı formalaşacaq.
Bununla belə, şirkətlər məsələ ilə bağlı ətralı açıqlama verməyiblər və sadəcə ilin sonuna qədər birləşməyi düşündüklərini bildiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət