Dərc edildi: Baxış sayı: 332
"Fiat Chrysler" ilə Fransız "PSA" şirkətləri birləşıb
Fransız "PSA" idarə heyəti ABŞ-İtaliya avtomobil nəhəngi olan "Fiat Chrysler" ilə birləşməyi təsdiqləyib.
Trend-in məlumatına görə, "Fiat Chrysler" idarə heyəti cümə axşamı günü toplanacaq və birləşmə barədə dəqiq qərar verəcək.
Bundan əvvəl, "Fiat Chrysler" şirkətinin nümayəndələri, fransız avtomobil istehsalçısı "Renault" ilə birliyin mümkünlüyünü müzakirə ediblər, lakin razılaşma həyata keçirilmədi. Bunun səbəblərindən biri də bunun Fransa hakimiyyəti tərəfindən təsdiqlənməməsi idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət